İngiltərədə ilin ən yaxşı futbolçusu kim olacaq?

İngiltərədə ilin ən yaxşı futbolçusu kim olacaq?
DÜNYA FUTBOLU 20 Aprel 2019 / 18:49 2371
-  A +

İngiltərə Peşəkar Futbolçular Assosasiyası  ölkədə ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı məlumata görə, siyahıda 6 oyunçunun adı yer alıb. Bunlar “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva və Rahim Sterlinq, “Liverpul”dan Vircil van Dayk və Sadio Mane, “Çelsi”dən isə Eden Hazarddır.

Qalibin adı aprelin 28-i Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

Qeyd edək ki, son qalib “Liverpul”un hücumçusu Məhəmməd Salah olub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi