AFFA Tovuzdan sonra Gəncədə də futbol akademiyası açacaq.
Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov "Kəpəz TV"yə açıqlamasında məlumat verib. Bir neçə gün öncə qərb bölgəsinə səfər edən E. Məmmədov federasiya rəhbərliyinin artıq akademiya ilə bağlı tapşırıq verdiyini bildirib:
"Gəncədə də futbol akademiyasının yaradılmasına müvafiq tapşırıqlar verilib. Bununla bağlı bəzi hesabatlar hazırlayacağıq. Gəncədə hazırda neçə idman məktəbi fəaliyyət göstərir, stadion ərazisində infrastrukturu harada yerləşdirmək olar və bu kimi başqa məsələləri İcraiyyə Komitəsinin növbəti iclasında təqdim edəcəyik. AFFA rəhbərliyi bu tapşırığı verib və çalışacağıq ki, göstərişləri yerli icra hakimiyyəti ilə birgə qısa zamanda yerinə yetirək".
Daha sonra stadionun iki il öncə yenilənən əsas meydançasını nəzərdən keçirən baş katib şəhərin ən böyük futbol arenasının tezliklə təmir olumasını arzuladıqlarını dilə gətirib: “Təbii ki, biz də istəyərdik ki, stadion təmir olunsun və ümid edirik ki, yaxın gələcəkdə bu olacaq. Amma o vaxta qədər dövlətin dəstəyi ilə məşq meydançaları inşa olunacaq. Növbəti mövsümdən öncə bu meydançalar fəaliyyətə başlayacaq”.
E. Məmmədov “Kəpəz”in növbəti mövsümdə Premyer Liqaya buraxılması məsəlinə də toxunub: "Kəpəz” 3 il öncə Premyer Liqada çıxış etdi və uğurlu nəticə göstərdi. Hətta avrokuboklarda da ilkin mərhələdə oynadı. Bu, sevindirici haldır. Amma indi nəsə etmək istəsək, təməldən etməliyik. Yəni, bütün yaş qruplarında komandaların olmasını nəzərə almalıyıq. Bu, çox önəmlidir. Biz də istərdik ki, “Kəpəz” Premyer Liqada iştirak etsin. Lakin bütün şərtlərə cavab vermək lazımdır ki, sağlam, təməlli klub olaraq fəaliyyət göstərsin”.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun