"Çempion olmaq istəyirik" - Filip Ozobiç

"Çempion olmaq istəyirik" - Filip Ozobiç
ÖLKƏ FUTBOLU 21 Mart 2019 / 16:20 2412
-  A +

"Hazırda "Neftçi" ilə eyni xala sahibik və birinci-ikinci yerləri bölüşdürürük".

Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç deyib. Topaz Premyer Liqada "Neftçi" ilə çempionluq yarışını dəyərləndirən futbolçu mövsümün sonunda titul qazanmaq istədiklərini bildirib:

"Mövsümün sonunda titul qazanmaq istəyirik. Əgər alınsa, bu, "Qarabağ"ın ardıcıl 6-cı çempionluğu olacaq. Karyeramda yeganə çempinluğu Rusiyada, Moskva "Spartak"ının B komandası ilə qazanmışam. "Qəbələ"dəki ilk mövsümümdə də belə bir şansım var idi, amma sonra hədəflərimizdən bir qədər uzaqlaşdıq".

Qeyd edək ki, hazırda "Neftçi" və "Qarabağ" 45 xalla ilk iki sıranı bölüşdürür.

Daha çox


Son xəbərlər