Bravo, milli! Bravo, Yurçeviç!

Bravo, milli! Bravo, Yurçeviç!
ÖLKƏ FUTBOLU 22 Mart 2019 / 01:34 18389
-  A +

Bu gün AÇ-2020-nin seçmə mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, milli komandamız da mübarizəyə başlayıb.

Yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşıb. Komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin debüt matçı həmyerlilərinə qarşı olub. Görüşdə yığmamız hesabı açsa da, üstünlüyü sona kimi qoruya bilməyib. Oyun Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurçeviçin çalışdırdığı millimiz son dünya çempionatının finalçısı ilə matçda yaxşı oyunu ilə diqqət çəkib və azarkeşlərin alqışına layiq oyun sərgiləyib.

Yığmamızın yer aldığı E qrupunun digər görüşdə Slovakiya Macarıstanı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.


 

21 mart

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu, 1-ci tur

23:45. Xorvatiya - Azərbaycan - 2:1
Qollar:
Ramil Şeydayev, 19 (0:1), Barişiç, 44 (1:1), Kramariç, 79 (2:1) 
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu

23:45. Slovakiya - Macarıstan - 2:0
Qollar:
Duda, 42, Rusnak, 85

Form

 

1.

Slovakiya

1

1

0

0

2:0

3

 

2.

Xorvatiya

1

1

0

0

2:1

3

 

3.

Uels

0

0

0

0

0:0

0

 

4.

Azərbaycan

1

0

0

1

1:2

0

 

5.

Macarıstan

1

0

0

1

0:2

0

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi