"Azərbaycan və Ermənistan klubları qarşılaşa bilsələr, çempionat təşkil edərdim" – Arşavin

"Azərbaycan və Ermənistan klubları qarşılaşa bilsələr, çempionat təşkil edərdim" –  Arşavin
ÖLKƏ FUTBOLU 20 Mart 2019 / 15:44 5251
-  A +

"Birinci "Krasnodar"ın etdiyi kimi 5-6 akademiya qurardım. Rusiya Premyer Liqasını yaz-payız sistemiylə təşkil edərdim”.

Qol.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Andrey Arşavin "kazfootball.kz"a müsahibəsində deyib.

Veteran hecumçu “Rusiya futbolunda hansı üç dəyişikliyi etmək istərdiniz” sualını cavablandırarkən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin gənclərdən ibarət komandasının iştirakı ilə çempionat keçirmək fikrində olduğunu bildirib:

“Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan komandaları daxil olmaqla, 19 yaşa qədər futbolçuların çempionatını təşkil edərdim. Təbii ki, Azərbaycan və Ermənistanın da klubları qarşılaşa biləcəkləri təqdirdə. Bildiyiniz kimi, UEFA da U-19 komandalarının Çempionlar Liqasını keçirir. Buna görə də müxtəlif ölkələrin komandaları ilə yarış keçirmək maraqlı olar".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi