Dembele və Menye Rusiyaya qarşı oynamayacaq

Dembele və  Menye Rusiyaya qarşı oynamayacaq
DÜNYA FUTBOLU 19 Mart 2019 / 01:00 1380
-  A +

AÇ-2020-nin seçmə mərhələsində bu həftə Rusiya və Kiprlə qarşılaşacaq Belçika millisində  itkilər var.

Qol.az Belçika Futbol Federasiyasının rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Mussa Dembele və müdafiəçi Toma Menye zədə səbəbindən qarşıdakı görüşləri buraxacaq.

Həmçinin, hücumçu Romelu Lukakunun da meydana çıxması sual altındadır. “Mançester Yunayted”in üzvü son məşqdə iştirak etməyib.

Qeyd edək ki, Belçika millisi martın 21-də Rusiya ilə evdə, martın 24-də isə Kiprlə səfərdə qarşılaşacaq.
 

Daha çox


Son xəbərlər