Ekvadorlu futbolçunun “Sabah”a keçidi alınmadı

Ekvadorlu futbolçunun “Sabah”a keçidi alınmadı
XƏBƏR 18 Mart 2019 / 15:00 2633
-  A +

Ekvador millisinin üzvü Anibal Çalanın “Sabah”a transferi alınmayıb.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 23 yaşlı yarımmüdafiəçinin sənədlərində problem olduğundan onunla müqavilə imzalanmayıb. Nəticədə bir neçə gün əvvəl Bakıya gələn futbolçu yenidən vətəninə qayıtmalı olub.

Qeyd edək ki, ötən ildən Ekvador yığmasına çağırılan Çala millidə 3 oyun keçirib. Onun son klubu "Ekvador Kito" olub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi