Şeydayevin münaqişə etdiyi futbolçu üzr istədi

Şeydayevin münaqişə etdiyi futbolçu üzr istədi
XƏBƏR 11 Dekabr 2018 / 18:43 2801
-  A +

"Rostov"un müdafiəçisi Raqnar Siqurdsson Rusiya Premyer Liqasının 17-ci turunun "Krılya Sovetov"la oyununda baş verənlərə görə məyusluğunu bildirib.

Qol.az-ın "sports.ru" saytına istinadən yaydığı xəbərə görə, matçın 82-ci dəqiqəsində topdaşıyan uşağı bilərəkdən topla vuran islandiyalı futbolçu etdiyi hərəkətə görə zərərçəkmişdən üzr istəyib. Hətta Siqurdsson uşağa öz formasını hədiyyə edib və üzərində bu sözləri yazıb:

"Salam, mənim dostum. Şadam ki, səndə hər şey qaydasındadır. Həmin vaxt bir az emosional idim. Sən yaxşı oğlansan. Belə bir şey baş verdiyi üçün təəssüflənirəm. Sənə gələcəkdə uğurlar arzu edirəm".

Qeyd edək ki, topdaşıyan uşağı vuran Siqurdssona ilk olaraq "Krılya Sovetov"un azərbaycanlı futbolçusu Ramil Şeydayev reaksiya verib. Skandinaviyalı oyunçunun üzərinə hücum çəkən milimizin üzvünü çətinliklə sakitləşdiriblər.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi