"Roma" Di Françeskonu qovmaq istəyir, amma...

"Roma" Di Françeskonu qovmaq istəyir, amma...
XƏBƏR 9 Dekabr 2018 / 14:09 3070
-  A +

“Roma”nın prezidenti Ceyms Pallotta komandanın baş məşqçisi Eusebio Di Françeskonu istafaya göndərmək istəyir.

Qol.az-ın “La Gazzetta dello Sport” nəşrinə istinadən yaydığı xəbərə görə, amma klub rəhbərliyi təcrübəli mütəxəssisə əvəzləyici tapa bilmədiyi üçün onu qova bilmir. Bundan başqa, idman direktoru Ramon Rodriqes Monçi də hazırkı çalışdırıcını göndərməyin əleyhinədir.

Hazırda komandanı çalışdırmağa iki əsas namizəd – Vinçentso Montella və Paulu Souzanın adları hallanır ki, onlar da rəhbərliyi tam olaraq qane etmir. Bu səbəbdən Di Françeskoya mövsümün sonuna kimi şans verilə biləcəyi də istisna olunmur.

Qeyd edək ki, mövsümə yaxşı başlamayan “Roma” 15 turdan sonra cəmi 5 qələbə qazanıb və hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi