“Sumqayıt”dan rekord

“Sumqayıt”dan rekord
ÖLKƏ FUTBOLU 7 Dekabr 2018 / 17:42 2201
-  A +

“Sumqayıt” Azərbaycan kubokunda özünün ən böyükhesablı qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 1/8 finalın “Qaradağ Lökbatan”la səfər matçında 4:0 hesabı ilə qalib gəlib. Bunadək Sumqayıtın eyniadlı təmsilçisinin kubokdakı yeganə böyükhesablı qələbəsi “Sabah”la ev görüşündə yaşanmışdı – 3:0.

Ümumilikdə isə Ayxan Abbasovun komandası klub tarixinin rekordunu təkrarlayıb. 2010-cu ildə yaradılan komanda indiyədək 2 dəfə 4 top fərqilə qalib gəlmişdi. 2011-ci il aprelin 16-da I divizionun “Göyəzən”lə səfər matçında, 2013-cü il martın 11-də Premyer Liqanın “Turan”la ev oyununda da rəqibini 4 cavabsız qolla məğlub edən sumqayıtlılar dünən klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb.

Mənbə: pfl.az

Daha çox


Son xəbərlər