“Millimizin əlinə düşən bu fürsət bir də nə vaxt olacaq...” – Arif Əsədov

“Millimizin əlinə düşən bu fürsət bir də nə vaxt olacaq...”  –  Arif Əsədov
ÖLKƏ FUTBOLU 20 Noyabr 2018 / 14:08 2946
-  A +

Milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda bu gün lider Kosovo ilə səfərdə qarşılaşacaq. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-offa vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir.

“Neftçi”nin  və 19 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Arif Əsədov bu vacib oyun haqda Qol.az saytına açıqlama verib. O, futbolçuların xarakter göstərməli olduğunu deyib:

“Kosovo ilə oyunda artıq başa düşüləndir ki, bizi ancaq qələbə qane edir. Səfərdə əsas olan 3 xalı qazanmaqdır. Nəticə qazanmaq üçün əllərindən gələni etməlidilər. Futbolçular oyuna köklənməli, xarakter göstərməlidilər. Mübarizə keyfiyyətləri ortaya qoyulmalıdır. Fikirləşirəm ki, daha çox diqqəti nəticəyə yönəltmək lazımdır. Nəinki yaxşı oynayıb, xal itirək”.

48 yaşlı mütəxəsis bildirib ki, Kosovoya qalib gəlməsək, bu, faciə sayılmamalıdır: “Fikirləşmirəm ki, Kosovonın oyunçuları top komandalarda oynayan futbolçulardır. Bizim hazırkı heyətimizdə rəqibin səviyyəsində olan futbolçularımız var. Əsas olan hansısa bir futbolçunun əla təsir bağışlayıb, oyunu öz üstünə götürməsi yox,  komanda oyunudur. Oyuna hansı taktika ilə çıxacağıq, daha çox nələrə diqqət edəcəyik bunları məşqçilər rəqibin oyunlarına baxıb analiz edərək qərar verəcəklər. Kosovonı məğlub edə bilməsək, faciə olmaz. Dünya dağılmayacaq ki. Bu, futboldur. Sadəcə, əlimizə düşən bu fürsətbir də nə vaxt olacaq, bunu demək olmaz”.

Daha çox


Son xəbərlər