Millimizin pley-offdakı potensial rəqibi bilindi - Avro-2020

Millimizin pley-offdakı potensial rəqibi bilindi -  Avro-2020
ÖLKƏ FUTBOLU 20 Noyabr 2018 / 12:50 10101
-  A +

Yığmamızın Avro-2020-nin pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu gün səfərdə Kosovoya qalib gəlsə, D liqasının pley-offunda Gürcüstanla qarşılaşa bilər.

Bu,  D liqasının qrup qaliblərinin Avro-2020-nin seçmə mərhələsini keçə bilməyəcəyi təqdirdə baş tutacaq. Çünki Millətlər Liqasının reqlamentinə görə yalnız seçmə mərhələni keçə bilməyən və öz liqasının qrupunda ən yaxşı nəticə göstərən komandalar pley-offa yüksələcək.

Hər liqadakı 4-lüyün ən yaxşısı ən zəifə rəqib olacaq və digərləri bir-biri ilə qarşılaşacaq. Hazırda D Liqasında  Gürcüstan 16, Makedoniya 15, Belarus 14 xalla 1-ci yeri tutub. Millimiz Kosovoya qalib gəlsə, xalını 12-ə çatdıracaq və 4-lükdə sonuncu olacaq.

Bu isə o demədkir ki, adı çəkilən 4 komanda Avro-2020-nin final mərhələsinə seçmə mərhələ vasitəsilə vəsiqə qazana bilməsə, yığmamız pley-offda Gürcüstanla qarşılaşacaq.
 
Qeyd edək ki, pley-off oyunları 2020-ci ilin martında keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi