"Ronaldo 40 yaşına kimi oynaya bilər" - Kyellini

"Ronaldo 40 yaşına kimi oynaya bilər" - Kyellini
XƏBƏR 19 Noyabr 2018 / 19:35 2547
-  A +

"Yuventus"un müdafiəçisi Corco Kyellini komanda yoldaşı Kriştiano Ronaldonun çıxışını dəyərləndirib.

Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, İtaliya millisinin üzvü 33 yaşlı portuqaliyalı superulduzun uzun illər futbol oynaya biləcəyini söyləyib:

"Düşünürəm ki, Ronaldo 40 yaşına kimi oynaya bilər. Bunu mən də bacararam, amma yəqin ki, etməyəcəyəm. Kriştiano məşqlərdə bütün komandanı daha çox çalışmağa məcbur edir. Çox ağıllı oğlandır. Yayda başqa ölkəyə fərqli ölkəyə gəlsə də, qısa zamanda şəhərin atmosferinə uyğunlaşdı".

Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində "Real"dan "Yuventus"a keçib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi