"Futbolçularım xarakter göstərdilər" - yığmamızın baş məşqçisi

"Futbolçularım xarakter göstərdilər" - <b style="color:red"> yığmamızın baş məşqçisi</b>
ÖLKƏ FUTBOLU 17 Noyabr 2018 / 20:30 2558
-  A +

“Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Ağır qarşılaşma oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının seçmə qrup mərhələsində bu gün Gürcüstanla keçirilən oyundan sonra AFFA-nın saytına açıqlamasında deyib.

2:1 hesablı qələbəni şərh edən gənc çalışdırıcı növbəti oyunun finala bərabər olacağını bildirib:
“Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadır. Çox istəkli idik. Futbolçularım xarakter göstərdilər. Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Qələbəyə baxmayaraq, çalışmalarımızı davam etdirməliyik. Futbolçularıma inanıram. Hələ heç nə dəqiqləşməyib və buna görə də qrupdakı son oyunumuza ciddi hazırlaşacağıq. Nəticə baxımından bizim üçün finala bərabər qarşılaşma olacaq”.
 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu