"Maltaya qalib gəlsək, Azərbaycanla oyun asan olacaq" - Berişa

"Maltaya qalib gəlsək, Azərbaycanla oyun asan olacaq" -  Berişa
ÖLKƏ FUTBOLU 14 Noyabr 2018 / 12:18 2064
-  A +

"Qələbəni hədəfləmişik. Ancaq səfərdə Malta ilə qarşılaşacağımız görüş daha çətin olacaq. Çünki adətən səfər oyunlarında problemlə üzləşirik".

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo millisinin üzvü Valon Berişa deyib.

Yerli federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının qarşıdan gələn Malta və Azərbaycanla oyunlardan danışan "Latsio"nun hücumçusu səfər matçının daha çətin və əhəmiyyətli olduğunu bildirib.

"Azərbaycanla oyunda sərfəli nəticə qazanacağımıza inanıram. Ev oyunumuz da önəmlidir. Evdə azarkeşlərimizin dəstəyi ilə oynamaq daha asandır. Ancaq ilk növbədə bizim üçün final matçı kimi olan Malta ilə görüşə köklənməliyik. Səfərdə yaxşı nəticə qazansaq, Azərbaycanla oyun asan olacaq".

Bir müddətdir zədədən əziyyət çəkən 25 yaşlı forvard artıq formaya düşdüyünü deyib: "Özümü yaxşı hiss edirəm. Ən yaxşı formamı bərpa etməyimə az qalıb".

Qeyd edək ki, Kosovo millisi noyabrın 17-də səfərdə Malta, 20-də isə öz meydanında yığmamızla qarşılaşacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi