"İki xal itirdiyimizi deyə bilmərəm" - Mirabdulla Abbasov

"İki xal itirdiyimizi deyə bilmərəm" - Mirabdulla Abbasov
ÖLKƏ FUTBOLU 11 Noyabr 2018 / 02:51 2058
-  A +

"Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq. Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm. Çətin olacağını bilirdim. Çünki "Zirə”nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının 11-ci turunda  "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra klubun saytına açıqlamasında deyib.

"Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. Çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq” - deyə o bildirib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi