"Oyunu 5 dəqiqə ərzində uduzduq" - millimizin baş məşqçisi

"Oyunu 5 dəqiqə ərzində uduzduq" -  millimizin baş məşqçisi
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2018 / 18:30 3270
-  A +

“Oyuna pis başlamadıq. Bizi nə gözlədiyini əvvəldən bilirdik. Elə ilk dəqiqələrdən hər şey gözlədiyimiz kimi oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Ramin Quliyevin Avropa çempionatının seçmə qrup mərhələsində bu gün Norveç yığması ilə keçirilmiş oyundan (1:4) sonra AFFA-nın saytına açıqlamasında deyib.

Gənc məşqçi məğlubiyyəti belə şərh edib: “Rəqib əsasən uzun ötürmələrdən istifadə edir, cinahlardan hücum təşkil edirdi. Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi oyunda dönüş nöqtəsi oldu. Qol buraxdıqdan sonra rəqib ard-arda 2 qol vəziyyəti yaratdı və onlardan istifadə etdi. Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır. Demək olar ki, oyunu 5 dəqiqə ərzində uduzduq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər