Hollandiya və Belçika çempionatları birləşdirilir - İddia

Hollandiya və Belçika çempionatları birləşdirilir - İddia
DÜNYA FUTBOLU 20 Oktyabr 2018 / 12:15 3245
-  A +

Hollandiya və Belçika çempionatları birləşdirilə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki ölkənin federasiya nümayəndələri hazırda bu məsələni müzakirə edirlər. Hələlik tərəflər arasında danışıqların ilkin mərhələdə olduğu bildirilir. Onlar gələcəkdə Avropanın “böyük beşlik” çempionatları ilə rəqabət apara bilmək üçün bu addımı atmaq niyyətindədirlər.

Əgər Hollandiya klubları öz aralarında razılığa gələ bilsələr, gələn il Beçlika təmsilçiləri ilə rəsmi danışıqlara start veriləcək.

Qeyd edək ki, Belçika və Hollandiyadan başqa, İsveç, Danimarka, Norveç və Şotlandiya da bu cür ortaq liqa təşkil etməkdə maraqlıdırlar.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi