"Qarabağ"la oyunda heç-heçə də bizi qane edəcək" - Ruslan Qurbanov

"Qarabağ"la oyunda heç-heçə də bizi qane edəcək" -<b style="color:red"> Ruslan Qurbanov</b>
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2018 / 14:20 1665
-  A +

"Düşünürəm ki, fasilə yalnız xeyirimizə oldu. Artıq yeni güclə Aftandil müəllimin bizdən tələb etdiyi oyunu göstərməliyik. Məncə, heç bir problem olmayacaq".

Bu sözləri Qol.az-a açıqlamasında "Səbail"in hücumçusu Ruslan Qurbanov deyib. Topaz Premyer Liqasının ikinci dövrəsinin ilk turunda "Qarabağ"la keçirəcəkləri səfər oyunu haqda danışan millimizin üzvü heç-heçənin də onları qane edəcəyini bildirib:

"Qarabağ"la oyuna çox ciddi hazırlaşırıq. Hansı rəqiblə qarşılaşacağımızı bilirik. Baxımlı oyun göstərib, yaxşı nəticə qazanmağa çalışacağıq. Əlbəttə, bunu edə bilsək, daha yaxşı olar. Amma heç-heçə də bizi qane edəcək. İlk növbədə gözəl oyun göstərmək üçün hər şeyi edəcəyik".

"Qarabağ"ı məğlub etməyin mümkünsüz olmadığını söyləyən Qrubanov rəqibi yaxşı analiz etməli olduqlarını vurğulayıb: "Əlbəttə, "Qarabağ" üzərində qələbə qazana bilərik. Bu, real görünür. Müasir futbolda məğlub edə bilməyəcəyiniz komanda yoxdur. Sadəcə, qarşındakı komandanı düzgün analiz edib, ələ düşən fürsətlərdən yararlanmalısınız".

Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək "Qarabağ" - "Səbail" oyunu 19:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki