Venger qayıdır

Venger qayıdır
DÜNYA FUTBOLU 17 Oktyabr 2018 / 20:30 5059
-  A +

"Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger məşqçiliyə qayıtmağa hazırlaşır.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə o, özü məlumat verib: "Yanvarın 1-i qayıdacağımı düşünürəm.  Amma hələ harada işləyəcəyimi bilmirəm. İstirahət etməli olduğumu düşündüm və yenidən işləməyə hazıram".

A.Venger deyib ki, yeni iş yeri Yaponiya millisi ola bilər.

Qeyd edək ki, Arsen Venger 1996-ci ildən 2018-ci ilin mayına kimi "Arsenal"ın baş məşqçisi vəzifəsində çalışıb.

 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki