“Bəxtimiz gətirmədi” – Maksim Medvedev

“Bəxtimiz gətirmədi” –  Maksim Medvedev
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2018 / 22:52 7168
-  A +

“Bu gün meydana ancaq qələbə üçün çıxmışdıq. Rəqibi analiz edib, onlara uyğun taktika seçmişdik. Ancaq alınmadı. Hücumların məntiqi sonluğunu gətirməkdə çətinlik çəkdik. Təəssüf ki, futbolda hər şey olur”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının 4-cü turunda doğma meydanda Malta ilə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

O, bəxtlərinin gətirmədiyini söyləyib: “Bu gün həm bəxtimiz gətirmədi, həm də son zərbələrdə çətinlik çəkdik. Komandamızda təcrübəsiz futbolçular var. Biz oyunu daha yaxşı idarə etməliydik. Bir çox qol imkanlarından yararlana bilmədik, nəticədə iki xal itirdik. İşimiz bir az çətinləşdi. Amma yenə də şansımız davam edir. Gələn ay bizi iki çətin oyun gözləyir. Qrupdan lider çıxmaq üçün bu oyunlardan maksimum xal almalıyıq".

Daha çox


Son xəbərlər