Millimiz Malta ilə bacarmadı

Millimiz Malta ilə bacarmadı
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2018 / 21:55 10867
-  A +

UEFA Millətlər Liqasında IV tura start verilib.

Qol.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxıb. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edib. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışsa da, bunu bacarmayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olub. Bu oyunda da eyni hesab qeydə alınıb. Qrupda bütün komandaların 1 xal qazanması turnir cədvəlindəki mövqelərinin dəyişməməsinə səbəb olub.



Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta - 1:1
Qollar:
Muskat, 37 (0:1), Araz Abdullayev, 53 (1:1)
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu


20:00. Farer adaları - Kosovo - 1:1
Qollar:
Raşiça, 9 (0:1), Yonsen, 50 (1:1)



1.

Kosovo

4

2

2

0

6:2

8

2.

Azərbaycan

4

1

3

0

5:2

6

3.

Farer adaları

4

1

1

2

4:7

4

4.

Malta

4

0

2

2

4:8

2

Daha çox


Son xəbərlər