Sentyabrın 30-da Ümumdünya Boks Şurasının (WBC) 56-cı Konqresinə start verilib.
Qol.az-ın xəbərinə görə, Ukraynanın Kiyev şəhərində təşkil olunan tədbirdə “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov da iştirak edir. Azərbaycanın peşəkar boks üzrə ilk dünya çempionu tədbirə fəxri qonaq qismində dəvət olunub.
Konqresdə 160 ölkədən 700-dən artıq qonaq qatılıb. Fəxri qonaqlar arasında Lennoks Lyuis, Evander Holifild, Oskar de la Xoyya, Xulio Sezar Çaves kimi dünya boksunun əfsanələri də yer alıb. Konqresin təşkilat komitəsinin rəhbəri isə ukraynalı Vitali Kliçkodur. Tədbirin ilk günündə bir sıra görüşlər təşkil olunub. Tanınmış boksçular Konqres çərçivəsində təşkil olunan “Əfsanələrlə birlikdə” beynəlxalq turnirinin iştirakçılarının açıq məşqi baş tutub. Fariz Məmmədov müxtəlif illərdə dünya çempionu olan əfsanələr ukraynalı Vladimir Kliçko, böyük britaniyalı Amir Xan, meksikalı Xulio Sezar Çaves, ABŞ təmsilçiləri Evander Holifild, Şon Porter, Marvin Haqler, panamalı Roberto Dyuran və digər ulduzlarla görüşüb.
Konqresin rəsmi açılış mərasimi, həmçinin Vitali Kliçko və əfsanələrdən birinin iştirakı ilə mətbuat konfransı da təşkil olunub. Oktyabrın 2-də isə ukraynalı əfsanə ulduz qonaqlarla uşaqlara yardım evində olacaq. Ardınca bokssevərlər üçün ulduzlardan avtoqraf almaq imkanı yaradılacaq. Konqres oktyabrın 5-dək davam edəcək.
Mənbə: gabalafc.az
"Barselona" onunla razılaşdı
Özbəkistan millisi DÇ-2026-da!
"Yuventus"dan ayrıldı
Messi MLS-in ən yaxşısı seçildi
"Şamaxı"da ayrılıq
"İnter"in kapitanı azarkeşlərdən üzr istədi
PSJ Donnarummaya yeni müqavilə təklif etdi - Detallar
"Liverpul"dan "Barselona"ya rədd cavabı
A seriyası klubunda yeni baş məşqçi
Qvardiola: "Ançelottinin "Real"dan getməyinə görə xoşbəxtəm"
Arda Turanı o əvəzləyəcək
Əliyar Ağayev Rusiya millisinin oyununu idarə edəcək
"Arsenal"dan "Latiso"ya
Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşdi
"Milan"ın futbolçusu "Yuventus"da - Rəsmi
"Reyncers"in yeni baş məşqçisi müəyyənləşdi
Villianın müqaviləsi uzadılmadı
Millimiz Latviyaya yollandı
"Barselona" qapıçı transfer edir
Bu klub da Emrelini heyətində görmək istəyir
"Neftçi" yeni transferini rəsmən açıqladı
Polşalı məşqçi "Qarabağ"ın qapıçısından danışdı