Putin Bakıdakı dünya çempionatını canlı izləyəcək

Putin Bakıdakı dünya çempionatını canlı izləyəcək
XƏBƏR 22 Sentyabr 2018 / 14:45 2906
-  A +

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri çərçivəsində Bakıda davam edən cüdo üzrə dünya çempionatını da izləyəcək.

Qol.az-ın “İnside the Games” nəşrinə istinadən yaydığı xəbərə görə, ölkə başçısı sentyabrın 25-də yarışın keçirildiyi Milli Gimnastika Arenasını ziyarət edəcək. V. Putin 6-cı yarış günündə 100 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq rusiyalı idmançılar Avropa çempionu, birinci Avropa Oyunları “Bakı-2015”in qalibi Kirill Denisov və İlyas Niyazovun, eyni zamanda qadınlar arasında 78 kq-da yarışan Aleksandra Babinçevanın mübarizəsinə tamaşa edəcək.

Qeyd edək ki, 8-ci dan qara kəmər ustası olan V. Putin həm də Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidentidir. Qurumun prezidenti Marius Vizerlə yaxın dost olan Rusiya prezidenti ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatını, 2012-ci ildə London Yay Olimpiya Oyunlarını və “Bakı-2015”i canlı izləmişdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi