“Qarabağ”la oyunun favoriti deyilik” – Sebastian Koates

“Qarabağ”la oyunun favoriti deyilik” –  Sebastian Koates
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2018 / 18:15 4020
-  A +

“Qarabağ”la “Joze Alvalade” stadionundakı oyunumuzun formal xarakter daşıyacağını desək, özümüzü aldadarıq. Adından və statusundan asılı olmayaraq, istənilən komanda hörmətə layiqdir”.

Qol.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Sportinq”in müdafiəçisi Sebastian Koates Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, "Qarabağ"la oyunun favoriti olmaları fikri ilə razılaşmadığını bildirib: “Müasir futbolda adi rəqib yoxdur. Ona görə də son illər ərzində bir çox sürpriz olub. Tamamilə matça köklənməli, öz oyunumuzu göstərməli və rəqibdən də bunu gözləməliyik. Favorit olduğumuzu düşünmək yanlış olar”.

Uruqvaylı futbolçu sabahkı görüşdə qələbə qazanmaq istədiklərini əlavə edib: “Oyuna yaxşı hazırlaşmışıq. Qalib gəlmək istəyirik. Evdəki üstünlüyümüzdən maksimum yararlanmalıyıq. Doğma meydanda keçirdiyimiz bütün oyunları udmaq əla olardı”.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi