"Qarabağ" bir çox kluba problem yaradıb" - "Sportinq"in futbolçusu

"Qarabağ" bir çox kluba problem yaradıb" - "Sportinq"in futbolçusu
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2018 / 11:55 3508
-  A +

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la matç öncəsi açıqlama verib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, o, Ağdam klubundan yaxşı oyun gözlədiklərini deyib: "Klubun adı böyük olmasa da, bir çox komandaya problem yaradıblar. Bizim üçün çətin olacağını düşünürəm. Amma ümid edirəm ki, biz qələbə  qazanacağıq və  Avropa Liqasına 3 xalla başlayacağıq".

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər