“Qarabağ”la vacib oyunumuz var” – “Sportinq”in baş məşqçisi

“Qarabağ”la vacib oyunumuz var” –  “Sportinq”in baş məşqçisi
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2018 / 10:40 3688
-  A +

“Kuboka qələbə ilə başlamaq vacib idi. Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın oyunundan razıyam".

Qol.az-ın xəbərinə görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"in baş məşqçisi Joze Pezeiru Portuqaliya kubokunun ilk  turunda "Maritimo"ya qalib gəldikləri oyundan (3:1) sonra deyib. 

58 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək görüş barədə də danışıb. O, bu matçın vacibliyini vurğulayıb: "Maritimo" ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var”.

Xatırladaq ki, “Sportinq” – “Qarabağ” oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək.

Daha çox


Son xəbərlər