Okanla Əmrə Türkiyə yığmasından getdi

XƏBƏR 25 May 2010 / 15:50 1674
-  A +

Türkiyə millisinin veteran futbolçuları Əmrə Aşıkla Okan Buruk yığma karyerasını başa vurub. Qol.Az-ın məlumatına görə, ABŞ-ın Nyu-Cersi şəhərindəki "Red Bull" arenada keçirilən Türkiyə - Çexiya matçında (2:1) son dəfə forma geyən bu futbolçular “ay-ulduzlu” karyeralarına son qoyublar. hesabı ilə məğlub edib
Qeyd edək ki, sözügedən görüşdə Türkiyə yığması rəqibini 2:1 hesabı ilə məğlub edib. Yoxlama görüşündə türklərin qollarını 31-ci dəqiqədə Arda Turan, 47-ci dəqiqədə isə Nihat Kahveçi vurub. Çexlərin yeganə qolu isə 81-ci dəqiqədə Milan Çernının dəqiq zərbəsi nəticəsində mümkün olub. Milli komandanın heyətində yubiley matçına çıxan Əmrə Aşık və Okan Buruk qarşılaşmanın 9-cu dəqiqəsində hakimin fitindən sonra meydanı tərk edərək, yerlərini Gökhan Zan və Səlcuq Şahinə veriblər. Bu qarşılaşma Əmrə və Okanın Türkiyə yığmasında son matçları olub. "Qalatasaray"ın yetirməsi olan Okan Buruk yığmadakı karyerasına 1992-ci ildə başlayıb. AÇ-2000-nin 1/4 finalına çıxan, DÇ-2002-də türk millisinin heyətində yer alan Okan Buruk yığmanın forması ilə 55 dəfə meydana çıxıb. "Qalatasaray"ın heyətində UEFA Kuboku və Avropa Superkubokunu alan Okan sonralar "İnter", "Beşiktaş", təkrar "Qalatasaray" və "İstanbul Böyükşəhər Bələdiyyəspor"da oynayıb. Bursadakı "Sönməz Filament" klubunun yetirməsi olan Əmrə Aşık isə karyerası ərzində "Balıkesirspor", "Fənərbaxça", "İstanbulspor", "Qalatasaray" və "Beşiktaş"da oynadıqdan sonra 2006-cı ildə "Cim-Bom"a dönüb. O, Türkiyə yığmasının heyətində 33 matça çıxıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi