Türkiyəli mütəxəssis Bülənt Qorxmaz sabiq klubu «Bakı»nın Azərbaycan kubokunu qazanmasına münasibət bildirib. Qol.Az-a eksklüziv açıqlamasında Bülənt Qorxmaz keçmiş komandasından bu nailliyyəti gözlədiyini söyləyib: «Mən «Bakı»dan ayrılanda da demişdim ki, bu komanda həm çempionluğu, həm də kuboku qazanmağa qadirdir. Daha doğrusu, biz orada komandanı istər fiziki, istər taktiki, istərsə də oyun nizam-intizamı mənasında hazır vəziyyətə gətirdik. Bu mənada, «Bakı»nın kuboku qazanması mənim üçün sürpriz olmadı».
Bülənt Qorxmaz bildirib ki, əslində bu mövsüm «Bakı» həm ölkə çempionluğunu, həm də kuboku qazanmalıydı: «Komandanın buna tam potenasialı da vardı. «Altılıq» mərhələsində heç-heçələr az olmadı. Fikrimcə, daha yaxşı nəticələr əldə edib çempion da olmaq mümkün idi».
Bununla belə, Bülənt Qorxmaz «Bakı»nın ölkə çempionatında ikinci yeri tutması və kuboka sahib olmasını da normal nəticə kimi qiymətləndirib.
Onun fikrincə, komandanın bundan sonrakı əsas hədəfin Avropa Liqasının final mərhələsinə düşmək olmalıdır: «Komandaya yeni baş məşqçi gətirilsə, yoxsa hazırkı məşqçilər heyətilə yola davam edilsə belə, «Bakı» Avropa Liqasında oynamağa layiq komandadır. Biz orada yaxşı bir işlər qoyub getmişik. Komanda bundan sonra da uğurla çıxış etmək üçün mütləq bir neçə səviyyəli əcnəbi və legioner futbolçu transfer etməlidir».
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi