Şeydayev rəsmən Rusiya Premyer Liqası klubunda

Şeydayev rəsmən Rusiya Premyer Liqası klubunda
ÖLKƏ FUTBOLU 17 Avqust 2018 / 20:08 8122
-  A +

Millimizin futbolçusu Ramil Şeydayevin "Krılya Sovetov"a keçidi rəsmiləşib.

Qol.az-ın  klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, 22 yaşlı hücumçu ilə 2018/2019 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, R.Şeydayev bu ay "Trabzonspor"la yolları ayırıb. Millimizin üzvü ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Qeyd edək ki, "Krılya Sovetov" Rusiya Premyer Liqasında 4 xalla 9-cu pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər