"Heyətimizin yeniləndiyini nəzərə almalıyıq" - Qurban Qurbanov

"Heyətimizin yeniləndiyini  nəzərə almalıyıq" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 14 Avqust 2018 / 23:40 7727
-  A +

"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar.

Qol.az-ın xəbərinə görə, bu sözləri  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

"Qarabağ"ın hər iki görüşdə buraxdığı qolun müdafiə xəttinin səhvi olduğuna dair sualı da cavablandıran Qurbanov  bunun futbolun bir hissəi olduğunu bildirib: "Adətən qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".

Q.Qurbanov hakimliklə bağlı danışmaq istəməyib: “Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".

Daha çox


Son xəbərlər