“Bilirik ki, bizim üçün avrokubok oyunları heç vaxt asan olmur. Ancaq düşərgəmizdə belə bir əminlik var ki, “Keşlə”yə kifayət qədər problem yarada bilərik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Baltsan”ın texniki direktoru Vladimir Simoviç Malta mətbuatına açıqlamasında deyib. Klub rəsmisi bu günkü oyunda sərfəli nəticə qazanacaqlarına inandığını bildirib:
“Ümid edirəm ki, bu gün qələbə qazanmaq üçün ideal oyun göstərə biləcəyik. Bunu qapımızdan qol buraxmaqdan edə bilsək, nəticə növbəti mərhələyə keçmək üçün bizə əlverişli şərait yaradacaq”.
Simoviçin sözlərinə görə, komandanın baş məşqçisi Marko Miçoviç “Keşlə”nin oyun üslubunu diqqətlə öyrənib: “Həmin məlumatlara əsasən deyə bilərəm ki, komandamız rəqibin hava ötürmələri zamanı son dərəcə ehtiyatlı olmalıdır. “Keşlə” topa sahib olmağı sevməyən komandadır. Onların ən böyük üstünlüyü əks-hücumlara çıxmaq bacarığıdır. Müdafiədən hücuma keçərkən çox təhlükəli olurlar. Buna görə diqqətli oynamalıyıq. Bununla yanaşı, onların əsas özəlliyi hava toplarından yaxşı istifadə etməkdir. Ötən mövsüm 29 topdan 16-nı məhz bu cür vurublar. Bu səbəbdən də hava ötürmələri zamanı konsentrasiyamızın ən yüksək səviyyədə olması vacibdir”.
Qeyd edək ki, “Baltsan” – “Keşlə” oyunu bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"