"Real" ukraynalı qapıçı ilə 6 illik müqavilə bağladı

"Real" ukraynalı qapıçı ilə 6 illik müqavilə bağladı
XƏBƏR 23 İyun 2018 / 12:27 3969
-  A +

“Real” Ukrayna millisinin qapıçısı Andrey Lunini transfer edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi 19 yaşlı qolkiperlə 6 illik müqavilə imzalayıb. Məlumatı Luninin əvvəlki klubu olan “Zarya”nın saytı da təsdiqləyib.

Qeyd edək ki, Lunin gənc olmasına baxmayaraq, Ukrayna Premyer Liqasında 40-dan çox oyun keçirib. Ukraynanın əsas millisində də debüt edən gənc qolkiper hətta Avropa Liqasında “Atletik”lə səfər oyunundakı parlaq çıxışına görə həftənin rəmzi komandasına seçilib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi