Portuqaliya millisinin qapıçısı Premyer Liqa klubunda

Portuqaliya millisinin qapıçısı Premyer Liqa klubunda
XƏBƏR 19 İyun 2018 / 13:40 4717
-  A +

Portuqaliya millisinin qapıçısı Ruy Patrisionun yeni klubu müəyyənləşib.

Qol.az-ın xəbərinə görə,  “Sportinq”lə yollarını ayıran 30 yaşlı qolkiper karyerasını İngiltərədə davam etdirəcək.

O, yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Vulverhempton”la anlaşıb. Klubun saytı portuqaliyalı qapıçı ilə  4 illik müqaviləyə imzalandığını açıqlayıb. Patrisio hazırda Rusiyada -  Portuqaliya millisinin düşərgəsindədir.

Qeyd edək ki, Ruy Patrisio 11 ildir “Sportinq”də çıxış edirdi.

Son xəbərlər