"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası

"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası
ÖLKƏ FUTBOLU 18 İyun 2018 / 21:18 7077
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi üçün potensial rəqiblərinin sayı 16-dan 5-ə enib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, səpələnmişlər sırasında yer alan  Ağdam təmsilçisinin rəqibi  “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və ya “Torpedo”dan (Kutaisi, Gürcüstan) biri olacaq.

Qeyd edək ki, püşkatma mərasimi sabah keçiriləcək. Birinci təsnifat mərhələsinin ilk oyunları 10-11 iyul, cavab görüşləri 17-18 iyulda keçiriləcək.

Daha çox


Son xəbərlər