Premyer Liqanın bombardirləri arasında qalmaqal başladı

Premyer Liqanın bombardirləri arasında qalmaqal başladı
ÖLKƏ FUTBOLU 14 May 2010 / 14:21 2713
-  A +

“Standard”ın hücumçusu Fərid Quliyevin Unibank Premyer Liqasının son turunda “Karvan”la oyunda 4 qol vuraraq bombardirlər yarışında birinci yerə çıxması onun əsas rəqiblərinin ürəyincə olmayıb. Qol.Az-ın məlumatına görə, xüsusuilə “Bakı”nın braziliyalı hücumçusu Jaba və “Olimpik-Şüvəlan”ın forvardı Anatoli Doroş “Futbol+”ə verdiyi açıqlamada millimizin hücumçusunu tənqid ediblər. Onları narazı salan məqam isə rəqiblərinin Yevlax klubunun əvəzedici heyəti ilə oyunda poker etməsidir.
Doroşu dinləyək: “Həmin görüşdə Quliyevin 4 qol vurması məni məyus etdi. Hətta deyərdim ki, çox əsəbiləşdim. Bombardirlik yarışında uduzmaq mənim üçün elə də önəmli deyil. Sağlam rəqabət mühitində rəqibim daha çox top vurub məni qabaqlayarsa, bunu normal qəbul edərəm. Amma orda vəziyyət başqa cür olub. Bildiyimə görə, rəqib ikinci komandasına güvənmişdi. “Karvan”ın əvəzedicilərinə qol vurmağa nə var? Mən elə oyunda 10 qol vurardım. Belə yolla sonda hər kəsdən öndə olmağı arzulamaram. Çünki bu, ədalətli deyil. Şəxsən mən heç vaxt həmin yolla 4-5 qol vurmağa çalışmazdım”.
Elə Jaba da belə bombardirliyə görə sevinməyin yersiz olduğunu deyir: “Bu, yaxşı hal deyil. Fəridin bu cür önə keçməsi bizim zəhmətimizin heçə enməsi anlamına gəlir. Çünki Neaqa, yaxud mən ilk “altılıq”da mübarizə aparırıq və daha səviyyəli rəqiblərlə qarşılaşırıq. O belə şəraitdə qollarının sayını asanlıqla artıra bilərmi? Yaxud təsnifat mərhələsində güclü komandalarla görüşdə bu qədər qol vura bilirdi? Mən onun yerinə olsaydım, bu uğura sevinməzdim”.
Fəridin əsas rəqiblərinin bu ittihamlarına cavab olaraq biz də qarşı tərəfin fikirlərini öyrəndik. “Standard”ın və millimizin hücumçusu Qol.Az-a açıqlamasında onu izləyən rəqiblərinin bu tənqidlərinə elə tənqidlə cavab verii: “Bu, onların öz problemləridir. Yaxşı olardı ki, gedib öz oyunlarını oynasınlar. Mən onlardan geridə olanda heç demirdim, kim vurduğu qolların yarısından çoxunu penaltilərlə rəsmiləşdirib. Kimlərin danışılmış, nəticəsi razılaşdırılan oyunda qol vurduğu da çoxlarına bəllidi. Mən də bunları indiyə kimi deyə, onların uğuruna kölgə sala bilərdim. Amma məndə paxıllıq yoxdur. Görünür, onlar mənim irəlidə olmağımı həzm edə bilmədikləri üçün belə açıqlamalar verirlər. Sonuncu yerlərdə gedən bir komandada çıxış etməklə bu qədər qol vurmağın nə demək olduğunu yalnız belə şəraitdə top qovan oyunçular bilir. Mənim onlara baş qoşmaq fikrim yoxdur. Əlimə düşən imkanları kimlərəsə görə dəyərləndirməyə bilməzdim. Hücumçuyam və üzərimə düşən vəzifəmi yerinə yetirmişəm. Kimsə buna görə artıq-əskik danışa bilməz”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi