Bir qələbə, bir məğlubiyyət - “Qəbələ”

Bir qələbə, bir məğlubiyyət -  “Qəbələ”
XƏBƏR 11 İyun 2018 / 02:42 2258
-  A +

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub.

Qol.az-ın məlumatına görə, “Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib. 5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi “Kavolano” olub.

“Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb - 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub.
“Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın “Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan təmsilçimiz turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya “Udineze”si yiyələnib.


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi