Ramil Quliyevdən növbəti parlaq qələbə - Video

Ramil Quliyevdən növbəti parlaq qələbə -  Video
VİDEO 11 İyun 2018 / 00:00 4804
-  A +

Azərbaycanlı atlet Ramil Quliyev növbəti parlaq qələbəsini qazanıb.

Qol.az-ın məlumatına görə, Türkiyəni təmsil edən həmyerlimiz “Brilliant liqa”nın Stokholmda keçirilən növbəti mərhələsində 200 metr məsafədə birinci olub.

Ramil Quliyev 19,92 saniyə ərzində finişə çatmaqla ən yaxın izləyicisi kanadalı Aron Braunu 0,15 saniyə qabaqlayıb.

Xatırladaq ki, iyunun 7-də Ramil “Brilliant liqa”nın Osloda keçirilən mərhələsində də birinci olmuşdu. Norveç paytaxtında Quliyev mövsüm ərzində ən yaxşı nəticəsinə imza atmışdı - 19,90.

Ramil Quliyev Stokholmdakı qələbəsi haqda bunları deyib: “Daha sürətli olacağımı düşünsəm də, ümumi götürdükdə vəziyyət normaldır. Avropa çempionatında bundan da yaxşı çıxış edəcəyimi hesab edirəm”.

Qeyd edək ki, “Brilliant liqa” 7 mərhələdən ibarətdi. Avqustun 31-də Brüsseldə keçiriləcək sonuncu mərhələ həlledici hesab olunur. Hər mərhələdə atletlər göstərdikləri nəticəyə əsasən xal qazanırlar ki, sonuncu mərhələdə xallar ikiyə vurulur.

Hazırda Ramil Quliyevin hesabında 24 xal var və ümumi sıralamada o, ikinci pillədə qərarlaşıb. Lider isə 25 xala malik Aron Braundu. 

Daha çox


Son xəbərlər