"Neftçi” "Slaviya"nın qapıçısını baxışa çağırdı

XƏBƏR 13 May 2010 / 19:42 2018
-  A +

“Neftçi” futbol klubu Latviya milli komandasının və Çexiyanın “Slaviya” klubunun qapıçısı Denis Romanovla danışıqlara başlayıb. Bu haqda klub prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, 32 yaşlı qolkiper iyunun 20-dən start götürəcək növbəti mövsümün hazırlıq prosesinə cəlb olunacaq. Baxışdan uğurla keçərsə, Romanovla müqavilə bağlanılacaq. Latviyalı qapıçı komandadan kənarlaşdırılan serbiyalı Vladimir Miçoviçin yerinə nəzərdə tutulub. O, “Neftçi”yə klubla əməkdaşlıq edən bir futbol menecmenti şirkəti tərəfindən təklif olunub.

Qalan mövqelərə oyunçular isə Braziliya klublarından transfer olunacaqlar. Bu məqsədlə Cənubi Amerikaya yollanan klub nümayəndələri hücumçu, yarımmüdafiəçi və müdafiəçi amplualarında çıxış edən futbolçularla danışıqları müsbət yöndə tamamlamaq üzrədirlər. Sadıqovun sözlərinə görə, artıq “sambaçılar”la 90 faiz razılıq əldə olunub və mayın 20-dək onlar klub nümayəndələri ilə birgə Bakıya gələcəklər: “Hələlik ad çəkmək istəmirik. Yaxın günlərdə bu haqda açıqlama veriləcək” (lent.az).

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi