Kənan Kərimov: “Adamsın gətirilməsi tələsik addım oldu”

Kənan Kərimov: “Adamsın gətirilməsi tələsik addım oldu”
ÖLKƏ FUTBOLU 13 May 2010 / 17:06 2332
-  A +

“Qəbələ” komandasının artıq heç bir iddiası qalmasa da, biz son oyunu da yüksək səviyyədə keçirmək istəyirik. “İnter”lə oyuna da hər qarşılaşmada olduğu kimi, qələbə üçün çıxacağıq. Bizim üçün hansı komandanın çempion olmasının heç bir fərqi yoxdur. Çıxıb öz oyunumuzu sərgiləyəcəyik. Digər oyunlarda da kim güclü olar, o komanda qalib olar”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ” klubunun hücumçusu Kənan Kərimov bildirib.
Bölgə təmsilçisinin məşqçilər korpusunda edilən dəyişikliyə də münasibət bildirən təcrübəli hücumçu Ramiz Məmmədovun Toni Adamsla əvəzlənməsinin onlar üçün gözlənilməz olduğunu deyir: “Sona bir tur qalmış  Toni Adamsın komandaya  gətirilməsi bizim üçün gözlənilməz oldu. Fikrimcə bu, bir qədər tələsik addım oldu. Ramiz Məmmədova gəldikdə isə onun “Qəbələ”nin inkişafında böyük rolu olub. Onun komandada qalması daha məqsədəuyğun olardı. Əgər gələn mövsüm Toni Adams mənə etimad göstərərsə, komandada qalıb kariyeramı davam etdirəcəyəm. Əks təqdirdə klubla yollarımız ayrılacaq. Odu ki, hələlik bu barədə qəti bir açıqlama verə bilməyəcəm. Hər şeyi zaman göstərəcək”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi