Vaqif Qasımov: «Legionerləri komandadan qovacağıq»

Vaqif Qasımov: «Legionerləri komandadan qovacağıq»
ÖLKƏ FUTBOLU 13 May 2010 / 15:50 2491
-  A +

«Yeni mövsümdə komandamızda ciddi dəyişikliklər olacaq. Artıq bununla bağlı addımlar atmağa başlamışıq». Bu sözləri Qol.Az-ın müxbirilə söhbətdə «Olimpik-Şüvəlan» klubunun prezidenti Vaqif Qasımov deyib. Onun sözlərinə görə, çempionat tam başa çatdıqdan sonra göndəriləcək oyunçuların adları açıqlanacaq. V.Qasımov göndəriləcək oyunçuların adlarının qətiləşdirildiyini desə də, bunu indidən açıqlamayacağını qeyd edib: «Artıq öz aramızda hansı futbolçuların komandada qalacağını dəqiqləşdirmişik. Ancaq onların adlarını indidən deyə bilmərəm. Çünki hələ bir oyunumuz var və indidən bu adların açıqlanması komandaya pis təsir edər. Çempionat başa çatdıqdan sonra hər şeyə aydınlıq gələcək. Onu deyə bilərəm ki, bir nəfər də olsun yerli futbolçu komandadan ayrılmayacaq. Yəni yerli futbolçularımız komandada qalacaq, göndərilənlər yalnız legionerlərin arasından olacaq. Növbəti mövsüm üçün iddialı bir komanda qurmaq istəyirik. Bu məqsədlə əsas üstünlüyü yerli futbolçulara verəcəyik. Komandamızın 99 faizi yerli futbolçulardan qurulacaq. Artıq bu məqsədlə işləri davam etdiririk. Artıq bir neçə yerli oyunçularla görüşmüşük. Lakin onların bir çoxunun ya müqaviləsi, ya da başqa səbəblərə görə rənglərimizə qatmaq razılığı ala bilməmişik. Digər bir məsələ növbəti mövsümdən gənclərə üstünlük verməklə yanaşı, yerli futbolçularımız üçün daha üstün şərait yaradacağıq».
V.Qasımov transferlə bağlı xarici ölkələrdə seleksiya işləri apardıqlarını da bildirib. O, bu məqsədlə klub nümayəndələrinin qrup şəklində xarici ölkələrə səfərlər edəcəyini deyib: «Mən və məşqçimiz Nazim Süleymanov millimizin oyunlarını izləmək və bu ölkələrdən futbolçular bəyənmək üçün Moldava və Avstriyaya səfər edəcəyik. Digər bir qrup isə Ukrayna və digər ölkələrə gedəcək. Məqsədimiz səviyyəli futbolçular transfer etməkdir».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi