Toni Adams ailəsini də ölkəmizə gətirir

Toni Adams ailəsini də ölkəmizə gətirir
XƏBƏR 13 May 2010 / 15:32 1758
-  A +

“Qəbələ”də daha 10 il işləməyə hazıram. Qarşıdakı 5-10 il ərzində Çempionlar Liqasının qrup mərhələsinə çıxarıqsa, bunu məşqçi karyeramın uğuru sayacağam”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni baş məşqçisi Toni Adams deyib.
Britaniya mətbuatına müsahibə verən ingilis mütəxəssis ölkəmizdə qazanacağı hər hansı titulun dəyərini yüksək qiymətləndirib. Adams “Qəbələ”də məşqçi kimi qazanacağı ilk uğuru kolleksiyasındakı UEFA kubokunun qalibi və İngiltərə çempionu titulları ilə müqayisə edib: “Qəbələ” ilə Azərbaycanda qazanacağım mükafatlar mənim üçün heç də İngiltərə və Avropada əldə etdiklərimdən fərqli olmayacaq. Onları da fəxrlə digər qənimətlərimin yanında saxlayacağam”.
“Arsenal”ın əfsanəvi kapitanı vətəni qədər futbol ölkəsi olmayan ölkəmizə gəlməkdən çəkinmədiyini bildirib. Bu mənada 14 il kapitanı olduğu komandada rəhbərliyi altında oynadığı Arsen Vengerin karyerası Adams üçün heç də az əhəmiyyət kəsb etmir: “Mənim ilham pərim Arsen Vengerdir. Azərbaycana getməyə qərar verdiyim üçün heç kim ağlımı itirdiyimi düşünməsin. Mənim üçün möhtəşəm nümunə gözümün qabağındadır: Venger də “Monako”da qazandığı nailiyyətlərdən sonra uzaq Yaponiyaya getmişdi. “Arsenal”adək “Qrampus Eyt”də çalışıb”.
Adams yaxın günlərdə ailəsini də ölkəmizə gətirəcəyini də vurğulayıb. Məşhur futbolçu ölkəmizdəki şəraitdən çox razıdır. Hələlik oteldə qalan Adams Bakıda evlə təmin ediləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi