Ramiz Məmmədov: «Adamsın köməkçisi işləmək qəbahət deyil»

Ramiz Məmmədov: «Adamsın köməkçisi işləmək qəbahət deyil»
ÖLKƏ FUTBOLU 12 May 2010 / 19:31 2536
-  A +

«Komandamızın böyük planları var. Məhz Toni Adamsın məşqçi postuna gətirilməsi də bu planların tərkibində olan məsələlərdən biridir». Bu sözləri Qol.Az saytına açıqlamasında «Qəbələ»nin keçmiş baş məşqçisi Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, komandanın rəhbərliyi Azərbaycan futbolunun inkişafı naminə böyük planlar həyata keçirəcək. R.Məmmədov komandada indi yeni məşqçi ilə bir yerdə çalaşıcağını da bildirib: «Mənim kimi Adamsın da məqsədi Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Məhz bu məqsəd uğurunda onunla birgə çalışacağıq. Komanda rəhbərliyi məni onun köməkçisi təyin etdi. Və mən də bu təklifi sevə-sevə yerinə yetirəcəm. Hesab edirəm ki, Adamsın köməkçisi kimi çalışmaq qəbahət deyil. İndi bir qədər aşağı vəzifədə çalışmağımda heç bir problem görmürəm. Hər halda onun necə futbolçu olduğu heç kəsə sirr deyil. Bununla yanaşı, o, futbolun beşiyi olan İngiltərə məktəbinin yetirməsidir. Məhz bu amillər onun futbol karyerasının mübahisə predmeti olmaması anlamına gəlir. Hər halda hər ikimiz vəzifəmizdən asılı olmayaraq “Qəbələ”, eləcə də Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq».
R.Məmmədov futbol təhsilini artırmaq məqsədilə klub tərəfindən İngiltərəyə göndəriləcəyini də təsdiqləyib.
“Sizcə, Adams komandaya daha böyük uğurlar qazandıra biləcəkmi” sualına isə R.Məmmədov belə cavab verib: «Hesab edirəm ki, Adamsın komandaya verəcəyi xeyir məndən daha çox olacaq. Bütün bunlardan məhz elə qazanan yalnız Azərbaycan futbolu olacaq».
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi