Tale Heydərov: «Bizim böyük iddialarımız var»

Tale Heydərov: «Bizim böyük iddialarımız var»
ÖLKƏ FUTBOLU 12 May 2010 / 11:11 3938
-  A +

«Qəbələ» klubunun böyük iddiaları var». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qəbələ» klubunun prezidenti Tale Heydərov söyləyib. «Bu baxımdan hazırkı layihə komandamızın stadionunun, futbol akademiyamızın, idmanımızın və bizim işin kommersiya tərəflərinin inkişaf etdirilməsi məsələsində həlledicidir. Alastair Savyerimuttonun kluba baş direktor təyin olunması bizim müasir Avropa klubu kimi inkişafımızı sürətləndirəcək, «Qəbələ» FK brendi müxtəlif təşkilatlar üçün koorperativ əməkdaşlıq, lisenziyalaşma, sponsorluq, pərakəndə satış kimi kommersiya imkanları təşkil edəcək» - deyə T.Heydərov bu gün keçirilən mətbuat konfransında vurğulayıb.

Daha çox


Son xəbərlər