Gəncədə "Kəpəz" və "Neftçi" komandaları arasındakı Azərbaycan Premyer Liqasının 28-ci tur matçını canlı izləyən AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov "Report”un suallarını cavablandırıb.
- "Neftçi"nin 2:1 hesabı ilə qalib gəldiyi oyun barədə təəssüratlarınız necədir?
- Oyun çox gözəl keçdi. "Kəpəz”in də qol vurmaq imkanı var idi. Amma sonda qələbəni "Neftçi" qazandı.
- Görüşdən əvvəl azarkeşlər sizə "Kəpəz"in Premyer Liqadan uzaqlaşdırılması ilə bağlı etirazlarını bildirdilər. Bunu necə qarşıladınız?
- Gəncənin böyük azarkeşləri var. Onlar bu şəhərdə futbolun olmasını istəyirlər. Bu, göstərir ki, burada güclü azarkeş var.
- Bəs özünüz "Kəpəz”in Premyer Liqanı tərk etməsi ilə bağlı nə deyə bilərsiniz?
- Bilirsiniz necədir? İstərdik ki, qalsın. Amma hələ qərara gəlməmişik.
- Yəni, "Kəpəz”in elitanı tərk etməsi tam olaraq təsdiqlənməyib?
- Yox, hələ tam təsdiqlənməyib.
- Azarkeşlər klubun Premyer Liqadan uzaqlaşmasını istəmirlər...
- Sonuncu yeri tutduğu üçün özlərinin də günahı var. Onlara şərait yaradılıb, stadionun ot örtüyü düzəldilib. Məşqçilər korpusu il ərzində fikirləşməli, nə isə etməli idi. Desəm ki, digər komandalar güclüdürlər, bu da düz olmaz. "Qarabağ” və "Qəbələ” lider kimi görünür. Amma digər komandalar eyni səviyyədədirlər. "Kəpəz” də oynaya, yaxşı nəticə qazana bilərdi. Məşqçilər korupusunda problem olması mümkündür. Ola bilər ki, təzə başlayıblar, nəticə vermək çətindir. Bu yolu keçiblər və növbəti mövsüm "Kəpəz”i qaldırmaq, bundan da yaxşı nəticə qazanmaq, öz yerini tutmaq üçün nə etmək lazım olduğunu fikirləşməlidirlər. Hamısı baş məşqçidən asılıdır.
- Gəncəyə səfər etməyiniz klubun gələcəyi ilə bağlı müzakirə aparmaq məqsədi daşıyır?
- Yox, Regional Futbol Federasiyalarının rəhbəri kimi oyunlara gəlib baxır, izləyirəm. Hardasa nə isə problem ola bilər. Görürsünüz ki, azarkeşlərin hamısı komandanın yüksək liqada qalmasını xahiş edirlər. İndi ola bilər ki, komanda qalsın.
- Bu, gözlənilir, yoxsa sadəcə, sizin də istəyiniz bu cürdür?
- Reqlamentə əsasən, bir komanda Premyer Liqanı tərk etməli, biri gəlməlidir. Biz qərara gəlmişik ki, elitadan komanda çıxsın, birinci diviziondan başqası gəlsin. Belə də olmalıdır...
- "Kəpəz” yenidən özünə gəlməyə başlamışdı. Komandanın birinci diviziona düşməsi mənfi hal deyil?
- Azarkeş həmişə gələcək. Hər şey məşqçilərdən asılıdır. Klub rəhbərliyi şərait yaradırsa, məşqçilər korpusu komandanın yaxşı çıxış etməsi üçün tədbir görməlidir. Bu vəziyyətə salındığı üçün günah kimdədir? Elə məşqçilərdə də ola bilər.
- Yəni, günahkar məşqçilər korpusudur?
- Hə, ola bilər ki, problemləri var. Amma yenə deyirəm, onlar təzə gəliblər. Bir ilə komanda düzəltmək də çətindir. Bunun üçün 1 – 2 il vaxt lazımdır. Qalsalar, nəticə çıxaracaqlarını, növbəti mövsüm bu səhvləri təkrarlamayacaqlarını düşünürəm.
- Belə bir fikir var ki, birinci diviziondan tam başqa bir "Kəpəz” gələcək...
- Ola bilər. Gözlənilir.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı