Moskvadan bəd xəbər var. Özü də bizimkilərdən. Yox, heç kimi öldürüb-eləməyiblər. Sadəcə, düz bir ay, bir gün bizimkilərin günü göy əsgiyə bürünəcək. İyunun 14-dən iyulun 15-dək. Rusiyada keçirilən dünya çempionatı bitənədək.
Artıq bir aya yaxındı ki, nəinki paytaxt Moskvada, çempionatın keçiriləcəyi bütün şəhərlərdə mühacirlərin total yoxlaması başlayıb. Kiçik bir inzibati pozuntu artıq cəriməylə nəticələnmir. Bunun adı deportasiya. Bir qədər əvvəl Moskva meri Yuri Sobyanin nəinki paytaxtın, ümumilikdə Rusiyanın çempionata hazır olduğunu bildirmişdi. Sonradan Vitali Mutko da bunu təsdiqləmişdi. Sən demə, bu hazırlığa mühacirlərlə bağlı detal da salınıbmış. Gələn qonaqların könlünü bulandırmasınlar deyə, Mərkəzi Asiya və Cənubi Qafqazdan olan mühacirlər paytaxt küçələrində maksimum az görünməlidilər. Təxminən oxşar vəziyyət 1980-cil Olimpiadasında da yaşanmışdı. Bir ay sürən Moskva Olimpiadasına görə, SSRİ-nin paytaxtı nə az, nə çox - 3 ay qapalı şəhərə çevrilmişdi. Düzdü, indi bunu edə bilmirlər. Amma bütün hallarda şəhəri və şəhərləri, necə deyərlər, təmizləyirlər.
Bu hələ harasıdı?! Moskvanın parklarında, açıq havada yerləşən iaşə obyektlərindəki kafe və restoranlarda kabab bişirmək belə yasaqdı. Heç kimə də sirr deyil ki, bu tip obyektləri işlədənlərin əksəriyyəi azərbaycanlılardı. O azərbaycanlılar ki, bəlkə də gözlərini elə DÇ-2018-ə, elə bu aya dikmişdilər.
Moskvanın ənənəvi bazarlarının da profilaktika üçün qapadılacağı deyilir. Onminlərlə soydaşımızın çalışdığı bazarların qapadılması bir ay çörəksiz qalmaq deməkdi. Və həm də bir ay Azərbaycandakı doğmalarına pul göndərilməməsi.
Başqa bir xəbərə görə, ingilis dilini bilməyən və xüsusi lisenziyası olmayan sürücülər də bir ay öz fəaliyyətlərini dayandırmalı olacaqlar. Paytaxt Moskvada minlərlə azərbaycanlı taksi sürücüsü var. Onlardan hansınınsa ingilis dilini bilmək ehtimalı cüzidi. Bəlkə də heç yoxdu.
Gələn xəbərlərə görə, Moskva mehmanxanalarında boş yer yoxdur. Yerlər çoxdan bron edilib. Moskvada kirayə evlərin qiyməti isə fantastik dərəcədə qalxıb. Bu da bir zərbədi azərbaycanlılar üçün.
Mahiyyəti etibarıyla kriminal şəhər olan Moskvada bütün kriminal ünsürlər xüsusi nəzarətə götürüləcək. Moskvadakı dostların dediyinə görə, artıq indidən total yoxlamalar başlayıb. Adi xuliqanlığın bədəli də deportasiyadı. Kalininqradda isə daha kəskin addımlar atılıb. Şəhərdə cibgirliklə məşğul olanların hamısı qeydiyyata götürülüb. Böyük ehtimalla onların hamısı Kalininqradda oyunlar bitənədək bir ay məcburi dincəlməli olacaqlar.
Hə, əslində dünyadakı imiclərini nəzərə alanda rusları başa düşmək olar. Avropadan, Amerikadan, bir sözlə, dünyanın hər yerindən Rusiyaya axışıb gələcək milyonlarla turistə modern, sivil bir dövlət olduğunu göstərmək lazımdı. Və elə buna görə də ən xırda məqama qədər hazırlaşırlar.
Amma bir məsələ də var. Çempionatın startına bir ay qalıb, bəzi stadionlar hələ də oyun keşirilməsi üçün yararlı deyil. Samaradakı stadionun ot örtüyü FİFA ekspertləri tərəfindən bəyənilməyib. Elə həmin Kalininqraddakı stadion ətrafında böyük korrupsiya qalmaqalı hələ səngiməyib. Sən demə, tribunalarda da problemlər var. Kalininqraddan tutmuş Yekaterinburqa qədər böyük bir arealı əhatə edən ərazidə azarkeşləri daşıyacaq qatarların qrafiki də tam dəqiqləşməyib. Zənnimcə, Rusiya ilk növbədə bunlara hazır olmalıydı. Yoxsa azərbaycanlını qovmağa nə var ki?!
Səbuhi MƏMMƏDLİ,
“Futbol+” qəzeti
“Qarabağ” Liverpula çatdı - Video
Lopez yenidən "Selta"da
"Bu, ədalətsizlikdir" - Klubdan sərt bəyanat
Vinisiusdan "Real" rəhbərliyinə xəbərdarlıq
“Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu elan etdi
Vurduğu qol ona baha başa gələ bilər
Avropada ən çox matça çıxan gənc futbolçular bəlli oldu
“Sabah”dan ayrılan futbolçunun yeni klubu - Rəsmi
Sabiq futbolçu Çempionşip klubunu almağa hazırlaşır
"Liverpul" da baş məşqçisini göndərir?
Bekhemlər ailəsində "qarşıdurma" - Şəkil
Klubunu dəyişdi, ard-arda qolları ilə diqqət çəkdi
"Çelsi" futbolçusunu geri çağırdı
"Səbail" millinin futbolçusunu heyətinə qatdı
"Xankəndi" yeni transferini açıqladı
Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçdi
"Qalatasaray" yeni transferini açıqladı
Daha iki komandaya texniki məğlubiyyət verildi
AFFA-nın vitse-prezidenti "Roma"nın oyununda
Bu mövsüm ikinci dəfə “Qarabağ”ın oyununu idarə edəcək
Gedirlər… - Şəkillər
PSJ "Barselona"nın futbolçusu ilə razılaşdı
"Neftçi" ilə heç-heçə ədalətli nəticədir"
"Liverpul" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Sabah” Ayaz Quliyevlə yolları ayırdı
“Qarabağ” “Simurq”dan “Kəpəz”ə qədər
"Sabah" üçün yubiley qələbəsi
Azərbaycan çempionatında 999 gündən sonra
Millimizin üzvü: “Bu qələbə gələcək oyunlar üçün açar oldu”
“100”ün şəriki
“Qarabağ” azarkeşləri ilə də dünyanı heyrətlənləndirir
Azərbaycan çempionatları tarixinin rekordu təkrarlandı
İngiltərə klubunda baş məşqçi istefası
Estevaodan 21-ci əsrin klub rekordu
Kenan Yıldızın qolu, "Yuventus"un qələbəsi - Video
"Barselona" və "Atletiko"dan böyükhesablı qələbə
“Fənərbaxça” evdə xal itirdi