"Hiss edirəm ki, Maksimov getməyəcək" – Skarlatake

"Hiss edirəm ki, Maksimov getməyəcək" –<b style="color:red"> Skarlatake</b>
ÖLKƏ FUTBOLU 13 May 2018 / 12:37 2046
-  A +

"Keşlə"nin müdafiəçisi Adrian Skarlatake Topaz Premyer Liqanın 27-ci turunda “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, rumıniyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Bizim üçün əla oyun və nəticə oldu. Matça çox yaxşı başladıq. Ümumiyyətlə, bundan əvvəl “Qəbələ”yə qarşı da yaxşı mübarizə aparmışdıq. Layiqli qələbə qazandıq. Düşünürəm ki, “Qarabağ”a daha 2-3 qol vura bilərdik.

- Oyundan əvvəl “Qarabağ”a bu hesabla qalib gələcəyinizi gözləyirdiniz?

- Əlbəttə ki, yox. Heç kim 3:0 hesablı qələbə gözləmirdi. Hamı gördü ki, biz meydanda sonadək üstün oynadıq. Ümumilikdə 5-6 real qol imkanımız oldu. Düzdür, “Qarabağ” bizə qarşı əsas heyətlə oynamadı. Ancaq nəzərə alaq ki, onların meydana çıxan futbolçuları da zəif deyillər. Milli komandalarda çıxış edirlər. Ona görə də yaxşı komandaya qalib gəldiyimizi hesab edirəm. Biz “Qarabağ”dan daha yaxşı idik.

- Avrokuboklarda iştirak üçün “Keşlə”yə lisenziya verilmədi. Komandanız Avroliqadan kənarda qala bilər. Bu barədə nə deyə bilərsiniz?

- İnanıram ki, məsələ tezliklə həllini tapacaq. Biz ilk növbədə finalda “Qəbələ”ni məğlub etməliyik. Məncə, rəqib komanda ilə aramızda elə ciddi fərq yoxdur, təxminən eyni səviyyədəyik.  Kuboku qazansaq, avrokuboklara gedəcəyimizi düşünürəm. Yaxşı komandamız var. Yayda 1-2 səviyyəli futbolçu gəlsə, növbəti mövsümdə ilk 3-lük uğrunda mübarizə apara bilərik. Amma dediyim kimi, komanda bir az da güclənməlidir. Yaxşı futbolçulara ehtiyacımız var.

- Ukrayna mətbuatı Yuri Maksimovun mövsümün sonunda “Keşlə”dən ayrıla biləcəyini yazıb. Sizcə, baş məşqçinin gedişi komandaya necə təsir edə bilər?

- Bu barədə heç nə bilmirəm. Amma düşünürəm ki, Maksimov getməyəcək, komandada qalacaq. Hamı onun necə məşqçi olduğunu gördü. Yaxşı komanda qurub. Kollektivda yaxşı atmosfer var, münasibətlər düzəlib. Gedəcəyinə inanmıram.

- Maksimovun qalacağını hardan bilirsiniz? Bəlkə özü bu barədə futbolçulara nəsə deyib...

- Yox, heç nə deməyib. Hər gün məşq edirik, onu yaxşı tanıyıram. His edirəm ki, “Keşlə”də qalacaq. Bizim üçün də ən yaxşısı budur.
 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza