İtaliya millisinə Ançelotti gətirilir?

İtaliya millisinə Ançelotti gətirilir?
DÜNYA FUTBOLU 24 Aprel 2018 / 13:00 2290
-  A +

Karlo Ançelotti İtaliya millisini çalışdırmağa yaxındır.

Qol.az-ın "Corriere dello Sport"a istinadən yaydığı xəbərə görə,  İtaliya Futbol Federasiyasının rəhbərliyi 58 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında milliyə məşqçi təyinatı müzakirə olunub. Bildirilib ki, təkcə Ançelottinin maaşı ilə bağlı razılıq əldə olunmayıb. Qurumun məşqçi korpusuna illik 5 milyon avro verə biləcəyi vurğulanıb. Bu məbləğ isə onun "Bavariya"da qazandığından azdır.

Xəbərdə o da qeyd olunub ki, federasiya Ançelottiyə məşq heyətinə istədiyi şəxsi gətirməyi təklif edib. Onun məhz buna görə 5 milyon avroluq maaşa razılıq verə biləcəyi yazılıb.

Qeyd edək ki, Ançelottinin məşqi heyətinə oğlu Davidi gətirmək istədiyi iddia olunur.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi