"Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman

"Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman
XƏBƏR 22 Aprel 2018 / 11:34 3947
-  A +

“Azərbaycan və Türkiyənin bayraqlarında ay-ulduz var. Türkiyəni ay-ulduzla təmsil edən yeganə komanda “Beşiktaş”dır. Bu səbəbdən də düşünürəm ki, komandamız həm də Azərbaycanı təmsil edir”.

Qol.az-ın məlumatına görə, bu sözləri Türkiyə mətbuatına açıqlamasında dünən Bakıda səfərdə olan “Beşiktaş”ın prezidenti Fikrət Orman deyib. Tennis Akademiyasında adına təşkil olunan futbol turnirinin açılışını etmək üçün Bakıya gələn iş buradakı “Beşiktaş”lı azarkeşlərlə görüşüb. F. Orman görüş zamanı maraqlı fikirlər səsləndirib:

“Hədəfimiz dünyada 100 milyondan çox azarkeş toplamaqdır. Bu mənada Azərbaycan bizim üçün önəmli bir ölkədir. Burada günü-gündən böyüyürük”.

Orman sentyabr ayında “Beşiktaş”ı Bakıya gətirə biləcəyini də istisna etməyib: “Qismət olsa, komandanı sentyabrda Bakıya gətirəcəyik. Yay aylarında isə burada “Qartal Yuvası” adlı mağaza açacağıq. “Beşiktaş” olaraq, dostumuz Azərbaycanda daha da inkişaf etmək istəyirik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi