“Zirə”nin yarımmüdafiəçisi Milan Duriç Topaz Premyer Liqanın 24-cü turunda “Keşlə”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Zirə” fasilədən sonra qələbə qazana bilmir. Nə baş verir?
- Artıq neçənci dəfədir, eyni ssenari təkrarlanır. İlk yarıda hesabda önə çıxırıq, ikinci hissədə isə standart vəziyyətlərdən 2 qol buraxırıq.
- Qış fasiləsindən sonra qələbə qazanmasanız da, oyununuzda hansısa dəst-xətt görünürdü. Bu gün isə meydanın mərkəzini keçməkdə belə çətinlik çəkirdiniz...
- Ona yaxın futbolçumuz zədəlidir. Məşqçimiz də hər dəfə bu problemlərlə üzləşir. Hər oyuna fərqli heyətlərlə çıxmalı oluruq. Bu gün də eyni problemi yaşadıq.
- Kubokda mübarizəni dayandıran “Neftçi” əsas diqqətini çempionata yönəldəcək. Bu isə asan olmayan işinizi bir qədər də çətinləşdirəcək. Artıq təhlükəni hiss edirsiniz?
- Aramızda minimal xal fərqi qalırdı. Sabah “Neftçi” “Qəbələ”ni məğlub etsə, bizi keçəcək. Həqiqətən ağır vəziyyətdəyik. Vüsal İsgəndərli meydana iki ağrıkəsici iynə ilə çıxmışdı. Ehtiyat oyunçular skamyamızda əvəzedici heyətin futbolçuları oturmuşdu. Məşqçi çox çətin vəziyyətdə idi.
- Adətən uğursuzluq yaşayan komandalar məşqçi dəyişikliyinə gedirlər. Necə düşünürsünüz, “Zirə”də belə bir şeyə ehtiyac varmı?
- Baş məşqçimizdən çox məmnunuq. Bəlkə də komanda başqa mütəxəssisə həvalə olunsa və 1-2 oyunda uğur qazanmasaq, futbolçuları cəzalandıracaq. Ancaq sizi əmin edirəm ki, indiki durumda Mourinyo da gəlsə, vəziyyəti düzəldə bilməyəcək.
- Qışda komandadan gedən futbolçuların yerinə gələnlərin bu uğursuzluqda rolu nə dərəcədədir?
- Xeyr, heç bir əlaqəsi yoxdur. “Neftçi” və “Sumqayıt” kimi rəqiblərlə heç-heçə oynamışıq. Təəssüf ki, fasilədən sonra qələbə üzünə həsrətik. Bəlkə də bir qələbə qazansaq, özümüzə gələrik. Ancaq hələ də bunu bacara bilməmişik.
- İstənilən halda nəticəyə görə məsuliyyəti baş məşqçi daşıyır. Bəs, futbolçular necə, özlərində günah görürlərmi?
- Təbii ki, indiki vəziyyətimizə görə, hamımız günahkarıq.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu